Çavuşoğlu və Tillerson viza böhranını müzakirə etdi

cavusoglu-ve-tillerson-viza-bohranini-muzakire-etdi
Oxunma sayı: 1056

Türkiyə və ABŞ arasında yaşanan viza gərginliyi ilə bağlı iki ölkənin xarici işlər nazirləri arasında telefon görüşməsi baş tutub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu və Reks Tillerson arasındakı müzakirə 30 dəqiqə davam edib.

Onlar viza mövcud durumu və problemin həlli yollarını müzakirə ediblər.

Xatırladaq ki, 8 oktyabrda ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə vətəndaşları üçün viza müraciətlərini dayandırdığını açıqlayıb. Bu qərardan sonra Türkiyə də eyni addımı ABŞ vətəndaşları üçün atıb.