Çində mikroavtobus səkiyə çıxaraq piyadaları vurub

cinde-mikroavtobus-sekiye-cixaraq-piyadalari-vurub
Oxunma sayı: 651

Çinin Şanxay şəhərində, turistik mərkəzdə mikroavtobus səkiyə çıxaraq piyadaları vurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 18 nəfər xəstəxanaya yerləşdirilib. Maneəyə çırpılan avtomobil isə yanmağa başlayıb, lakin qarşısını almaq mümkün olub. 

Yerli polis baş verənlərin məqsədyönlü hücum olmadığını açıqlayıb. Sükan arxasında siqaret çəkən sürücü avtomobilin salonunda yanğının başlamasına səbəb olub və nəticədə o, idarəetməni itirib.