Nobel prospektində yaranan çökmə artıq aradan qaldırılıb.
Bu barədə “Qafqazinfo”ya məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli verib. O bildirib ki, hadisə srağagün baş verib və dünən ərazi bərpa olunub:
“Hazırda yolda hər hansı bir çökmə yoxdur. Səbəbi dəqiq bilinmir, haradansa sızan su torpağı yuyub. Hazırda mütəxəssislər bu sızmanın hardan olduğunu aydınlaşdırırlar”.
Günel Hacı
.jpg)
Son xəbərlər
Son Xəbərlər