Çovdarovun məhkəməsi yenə təxirə salındı

covdarovun-mehkemesi-yene-texire-salindi
Oxunma sayı: 631

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən S.Məmmədovun vəkili Cavid Rzazadənin məhkəməyə gəlmədiyi elan olunub.

Məhkəmə saat 14:00-dək fasilə elan edib.

Bu gün prokurorun A.Çovdarov və digərlərinə cəza istəməsi gözlənilir.

Murad Əhməd