“Cümə” məscidinin nəzir qutusundan pul oğurlandı

cume-mescidinin-nezir-qutusundan-pul-ogurlandi
Oxunma sayı: 1194

Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki “Cümə” məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılıb.

Araşdırmalarla onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.