Daha bir müğənnimizə Türkiyədən dəvət gəldi

daha-bir-mugennimize-turkiyeden-devet-geldi
Oxunma sayı: 676

“Qafqazinfo”nun məlumatına görə, son günlər müğənninin yeni ifalarını eşidən bir neçə şirkət ona təklif göndərib. Müxtəlif janrlarda albom buraxıb onu dünyaya yaymağı planlaşdıran şirkətlərdən biri həmin albomda İlahənin də səsinin yazılmasını istəyib. Sənətçi bildirib ki, bu təklifi qəbul edəcəyi təqdirdə şirkətin daha bir neçə layihəsində yer alacaq. Təklifi incələyən İlahə İbadova səsinin alboma azərbaycanlı ifaçı kimi salınmasına çalışdığını bildirdi. O, həm müasir, həm də milli mahnılar oxuyacağını qeyd edib:

“Türkiyədən əməkdaşlıq təklifləri bir neçə dəfə olub. Şirkətlərlə çalışmaq risk tələb edir. Biz türkiyəlilərin musiqiçilərini, hətta şirkətlərini tanımırıq. Hansısa kağıza qol çəkmək bəzən risk tələb edir. Ona görə atacağım addımı yüz ölçürəm”.