Dalğıc köpəkbalığından xilas olmaq üçün 3 saat üzüb - Fotolar

dalgic-kopekbaligindan-xilas-olmaq-ucun-3-saat-uzub
Oxunma sayı: 2024

Avstraliyada dənizdə qarpunla (balıq ovlamaq üçün sivri uclu alət – red) suyun altında ov edən ingiltərəli Con Kreyq gəmidən xeyli uzaqlaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu zaman köpəkbalığının ona yaxınlaşdığını görə Kreyq canını qurtarmaq üçün üzməyə başlayıb.

7,5 km üzən 34 yaşlı dalğıc 3 saatdan sonra sahilə çata bilib. Köməksiz vəziyyətdə qalan Kreyqi helikopterlə tapmaq mümkün olub.

Başına gələn dəhşətli hadisə barədə danışan dalğıc deyib ki, 15 dəqiqə ərzində köpəkbalığı onu izləyib və daha sonra yolunu dəyişib. O, dənizdə boğulub ölməmək üçün 3 saat üzmək məcburiyyətində qaldığını bildirib.