Deputatın “İslam qorxusu və müsəlman qoxusu” kitabı çap olundu

deputatin-islam-qorxusu-ve-muselman-qoxusu-kitabi-cap-olundu
Oxunma sayı: 2733

Böyük Quruluş Partiyasının başqanı, fəlsəfə üzrə fəlsəfə doktoru, millət vəkili Fazil Mustafanın "İslam qorxusu və müsəlman qoxusu" adlı kitabı çapdan çıxıb.

“Qafqazinfo” xəbər verir ki, müəllifin 248 səhifəlik bu kitabına İslam dininə, onun mahiyyətinə, dini həyatın fərqli aspektlərinə aid dövri mətbuatda və elmi dərgilərdə çap olunmuş publisistik və elmi məqalələri daxil edilib.

Kitabda Azərbaycan cəmiyyətində doğru din anlayışı, xurafat və cəhaləti doğuran amillər, dini-mənəvi dəyərlərin yenidən dəyərləndirilməsi kimi mövzulara toxunulub, fərqli baxış bucağından məzhəbçilik və təriqətçilik təzahürlərinin təhlili verilib. 

Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır. "İslam qorxusu və müsəlman qoxusu" Fazil Mustafanın indiyədək çap olunan 20-ci kitabıdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.