Dövlət qurumundan Xuraman Şuşalıya dəstək

dovlet-qurumundan-xuraman-susaliya-destek
Oxunma sayı: 628

Tanınmış müğənni Xuraman Şuşalının “Dekabrın 14-də “Narkotikə yox deyək!” adı altında keçirəcəyi konsertə millət vəkili Fazil Mustafadan dəstək gəlib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə millət vəkili “Facebook” hesabında status paylaşıb: “Belə bir məlumat oxudum ki, Dağıstanın tanınmış müğənnisi Marina Əliyeva və Xuraman Şuşalı dekabrın 14-də Bakıda klubların birində “Narkotikə yox deyək!” adı altında konsert proqramıyla çıxış edəcəklər.

İnanın ki, kimliyindən asılı olmayaraq, bu təşəbbüslə çıxış edən hər kəsə dəstək verməyə hazıram. Təəssüf ki, həmin vaxt xarici ölkələrin birinin parlamentində Dağlıq Qarabaq dinləmələrində iştirak edəcəyimə görə tədbirə qatılmam mümkün deyil. Ancaq FB vasitəsilə dəstəkləməyi özümə mənəvi borc bilirəm. Fikrimcə, gələcəkdə bu kampaniyanı genişləndirib ümumiyyətlə "Siqaretə yox deyək!" kampaniyasına çevirmək lazımdır. Təbii ki, siqaret çəkənlər bundan narazı qala bilərlər, ancaq yanımda kimsə siqaret çəkəndə ilk təklifim bu olur: “Bəlkə iradəni toplayıb atasan! Allahın bəxş etdiyi vücudu zəhərləməyin də hesabı var. Nədən özünə əlavə hesab yükü götürürsən””.

Müğənni Xuraman isə öz növbəsində göstərdiyi dəstəyə görə millət vəkilinə minnətdarlığını bildirib.

***

Xuraman Şuşalının konsertinə Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da dəstək verib. Həmin komissiyanın sədri isə baş nazirin müavini Əli Həsənovdur.

***

Qeyd edək ki, konsertin təşkilatçısı Samir Xəttabdır.

Xatırladaq ki, konsertin informasiya dəstəyi Qafqazinfo.az saytı və Avropa.az radiosuna məxsusdur. Bilətlərin qiyməti 30-50 AZN təşkil edir. Biletləri əldə etmək və əlavə məlumat almaq üçün 077 360 70 50 nömrəsinə müraciət edə bilərsiniz.

Aynur Babayeva