Dünyanın ən sülhsevər ölkələri açıqlandı - Siyahıdakı yerimiz

dunyanin-en-sulhsever-olkeleri-aciqlandi
Oxunma sayı: 2982

"Qlobal sülh indeksi"nin yeni siyahısı açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, siyahıdakı 163 ölkə arasında ən sülhsevər dövlət İslandiya seçilib. Onun ardınca isə Yeni Zelandiya və Avstriya gəlir. Cənubi Qafqaz dövlətlərindən Azərbaycan 132-ci, Gürcüstan 104-cü, Ermənistan isə 130-cu yerdədir. 

Türkiyə indeksdə 149-cu, Rusiya isə 154-cü yerdə qərar tutub. Reytinqin sonunda Cənubi Sudan (161), Əfqanıstan (162) və Suriya (163) gəlir.