Egey dənizi sahillərində cənnət - Fotolar

egey-denizi-sahillerinde-cennet
Oxunma sayı: 5342

Egey dənizi sahillərində "Rixos Premium Bodrum"da istirahət - bu, hər şeydən öncə möhtəşəm əhval-ruhiyyənin qarantı və il boyu enerjinin təminatıdır.

“Qafqazinfo” xəbər verir ki, otelin ərazisində xeyli sayda güllər və çiçəkli ağaclar, o cümlədən 1500-ə yaxın zeytun ağacı var ki, onların sayəsində otel ərazisi botanika bağını xatırladır və mövsümün qızğın çağında heç kəsi təbiətə laqeyd yanaşmağa imkan vermir. Bağın düz mərkəzində uşaq meydançası, “Riksi” yerləşir. Burada uşaqlar və onların valideynləri üçün hovuz, kiçik dağlar, qapalı və açıq havada meydançalar, o cümlədən kafe, barlar var.

Otel öz özlüyündə tam bir buxtanı xatırladır. 

Qonaqların istifadəsinə yalnız çimərlik və hovuzlar yox, həm də ağappaq yataq dəstli platformalar, böyüklər üçün nəzərdə tutulmuş "Havay evləri" verilib. VİP qonaqlar üçün isə çoxlu imtiyazların nəzərdə tutulduğu ağappaq qum göz oxşayır.

Tam restovrasiyadan sonra “Rixos Premium Bodrum” aprelin 20-dən qapılarını qonaqların üzünə açıb. İlk ayda otelin adasında hind toyu baş tutub, may festivalları keçirilib və yeni, inanılmaz menyusu ilə insanları valeh edən "A- la Carte" restoranları açılıb.

Bundan əlavə, 2018-ci ilin mayında hotel 2017-ci ildə Rixos Premium Bodrum ərazisindəki zeytun bağlarından yığılan məhsuldan hazırlanan yağa görə "Premium" medala sahib çıxıb. 

Xatırladaq ki, Rixos Olive Fest artıq 3 ildir ki, hər sentyabr ayında qeyd olunur. Oteldə istirahət edən qonaqlarla birlikdə zeytun yığımı baş tutur, dequstasiya olunur və festival çərçivəsində digər əyləncəli tədbirlər keçirilir. Zeytun Kahve (zeytun qəhvəsi) körfəzində “Rixos Premium Bodrum” inşa olunana kimi burada zeytun fabriki fəaliyyət göstərirdi.

Otelin ərazidindəki bəzi zeytun ağacalarının yaşı 300-ə çatır. Hazırda otelin ərazisində ümumilikdə 1500-dən çox zeytun ağacı qorunub saxlanılır ki, bu da hər il turistlərə zeytun yağının faydalarından bəhs etməyə, müalicə keyfiyyətləri barədə informasiya almağa və ümumilikdə zeytunçuluq mədəniyyətini öyrənməyə kömək edir.

“Rixos” otellər şəbəkəsinin mətbəxi dünyanın bütün yerlərində məşhurdur.

” Rixos Premium Bodrum”un şef aşpazları otelin qonaqlarını təklif etdikləri nəfis yeməklərin rəngarənliyi ilə heyran etməyi bacarır. Əsas restoran hesab olunan yenilənmiş “Halikarnas” “La Minute” sistemi ilə işləyir. Yeni dünya brendi “A-la Carte”, barlar və kafeləri həm də dənizə açılan fantastik mənzərə birləşdirir. İtaliya mətbəxi ilə tanış olanlar, onun incəliklərini bilənlər üçün təbii ki,” Cento per Cento”da ən uyğun variantdır.

Qonaqlar bu Venesiya restoranında şam cəmi adambaşına 10 dollara şam edərək bütün İtaliya mətbəxinə səyahət edə bilərlər. Bir neçə növ balıq, dəniz məhsulları və Egey dənizi sahillərinin tərəvəzləri ilə Kalamata restoranının şef aşpazları tərəfindən qədim üsullar və tam gizli reseptlər əsasında hazırlanan yeməklər öz orijinallığı ilə seçilir. Əlində bir qədər təravətli içki, qarşıda günəş qürubu və ada qonaqlara oteldə unudulmaz gecə bəxş edir.

Otelin dənizinə və çimərliyinə xüsusi diqqət yetirmək lazımdır. Axı istirahəti büllur kimi dənizdə çimmədən, uşaqlar təmiz qumda oynamadan və hovuzda idman əyləncələri olmadan təsəvvür etmək mümkünsüzdür. Otelin buxtası aypara formalı, dənizə girişi isə maili olduğu üçün çimərlik və dənizin boğazı Bodrumun digər çimərliklərindəkinə nisbətən su tez qızır.

Otel 14 yeni villası ilə qonaqlara özəl hovuzlar təklif edir. 

“Rixos Premium Bodrum”un otelləri ayrı macəralı dünya və dəbdəbədir. Otelin billaları 400-1300 kvadrat metr təşkil edir, həm otelin əsas hissəsində, həm də kənarlarında yerləşir. “Rixos Premium Bodrum”un villalarında qonaqları imtiyazlı servis gözləyir. Hansı ki, buna yaşayışa daxil olan 24 saatlıq eşikağası xidməti, villada səhər yeməyi, "turn down" və digər xidmətlər daxildir.

Unutmaq olmaz ki, Bodrumda yerləşən otellər arasında yalnız “Rixos Premium Bodrum”un şəxsi çimərliyi var və bu, “Cleopatra” adlanır. Sözügedən çimərlikdə ağappaq qum, platforma, həmçinin “Havay evləri” olan VİP zonalar fəaliyyət göstərir.

Otel atmosferi və ab-havası, mənzərəsi və suyun rənginə görə Maldiv adalarına oxşayır. Məhz bu səbəbdən dünyanın hər bucağından qonaqlar “Rixos Premium Bodrum”u seçir. Gözəl xidmət, çoxçeşidli içkilər, geniş seçimli yeməklər, xüsusi düşünülmüş əyləncəli və idman proqramları, təbiət və təmiz dəniz - bütün bunlar “Rixos Premium Bodrum”u ildən-ilə böyüdür