Eks-prezidentin rəfiqəsinə 20 il həbs verildi

eks-prezidentin-refiqesine-20-il-hebs-verildi
Oxunma sayı: 1168

Cənubi Koreya məhkəməsi ölkənin eks-prezidenti Pak Kın Xenin yaxın rəfiqəsinə 20 il həbs cəzası verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Çoy Sun Sil korrupsiyada və ölkənin siyasi işlərinə qarışmaqda ittiham edilib. 

İttiham olunan şəxs, həmçinin 16,56 milyon dollar məbləğində cərimə ödəyəcək. 

Qeyd edək ki, Cənubi Koreyada korrupsiya qalmaqalı 2016-cı ilin oktyabrında yaşanıb. Məlum olub ki, ölkənin iri şirkətləri, o cümlədən Samsung aldıqları dövlət dəstəyi qarşılığında prezidentin rəfiqəsinin yaratdığı fonda küllü-miqdarda ödənişlər ediblər. 

Bundan başqa, dövlət postu tutmamasına rəğmən, prezident administrasiyasının işlərinə qarışıb və yüksək əlaqələrindən istifadə edərək gəlir əldə edib.