Elza Seyidcahan əsəbiləşib

elza-seyidcahan-esebilesib
Oxunma sayı: 646

Bu barədə “Qafqazinfo”ya açıqlama verən ifaçı yeni yaratdığı qrupdan imtina etməsinin səbəbini belə izah edib: “Mənim həmin gün klipimin təqdimatı idi. Müğənni Ramal İsrafilovu da ora dəvət etmişdim. Lakin o, gəlmədi. Düzdür, mən ora gecikmişdim, amma o, gərək məndən də tez gələydi. Amma tez yox, heç gəlmədi. Onu da deyim ki, Ramal Türkiyədə mükafat aldı, onun da səbəbkarı mənəm. Çox şey danışmaq istəmirəm. Artıq mən onunla danışmıram. Özü yaxınlaşsa, salam versə belə, onunla danışmayacağam. Mən ona pulsuz-parasız 5 mahnı hədiyyə etmişəm. Bu gündən etibarən heç bir gənc müğənniyə nə mahnı hədiyyə edəcəyəm, nə də ki, dəstək olacağam. Bu qədər etdim, yetər”.

Həmin günü pis vəzyyətə düşən Elza Seyidcahan “S-Twins” qrupu isə məsələyə belə münasibət bildirib: “Elza xanıma hörmətimiz var. Yəqin ki, hirsli olduğu üçün həmin gün bizə belə dedi. Yəqin yaxşı olar”.

Aynur Babayeva