Ərdoğan Baxçalını təbrik etdi

erdogan-baxcalini-tebrik-etdi
Oxunma sayı: 1804

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Baxçalını yenidən Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri seçilməsi münasibətiylə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, MHP-nin XII Qurultayında sədr postuna yeganə namizəd Dövlət Baxçalı olub.

O, 1169 qurultay nümayəndəsindən 1167-nin səsini toplayaraq 9-cu dəfə MHP sədri seçilib.