Ermənistan müxalifət lideri bu gün Bakıya gəlir

ermenistan-muxalifet-lideri-bu-gun-bakiya-gelir
Oxunma sayı: 647

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, erməni siyasətçi Bakıda keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransında (ICAPP) iştirak edəcək. Bu barədə bu gün Ovanissyan özü jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “İrs” partiyası artıq Asiya Siyasi Partiyaları Beynəlxalq Konfranslarından birində iştirak edib. Dəvətin bir neçə ay bundan öncə gəldiyini deyən partiya lideri əvvəlcə imtina etdiklərini deyib. Belə ki, Ovvanisyanınm fikrində Azərbaycan belə bir beynəlxalq tədbiri keçirməyə “layiq” deyil. Lakin forumun təşkilatçıları qarşı tərəflə əlaqə saxlayaraq erməni nümayəndələrinə çıxış etmək və təhlükəsizliklərinə zəmanət verildiyini bildirdikdən sonra erməni siyasi lider dəvəti qəbul edib: “Bakıya tək gedəcəm. Mən dəvəti qəbul etmək qərarına gəldim və bu gün Bakıya gedirəm”.

Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev “Qafqazinfo”ya açıqlamasında belə bir dəvətdən xəbərdar olduğunu, lakin erməni siyasətçinin gəlib-gəlməməsi ilə bağlı informasiyasının olmadığını deyib. Eyni zamanda belə bir konfransın Bakıda keçirilməsinin təşkilatda təmsil olunan 340 partiyanın Azərbaycanla həmrəy olduğunun göstəricisi hesab edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə baş tutacaq Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında 35 ölkədən 200-ə qədər nümayəndə iştirak edəcək. Noyabr ayının 22-23-də Bakıda keçiriləcək və iki gün davam edəcək konfransda "Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq" mövzusunda müzakirələr aparılacaq.


Səidə