“Əslində mən yarı rusam” - Ramil Şeydayev

eslinde-men-yari-rusam
Oxunma sayı: 2452

Millimizin hücumçusu və Rusiyanın "Krılay Sovetov" klubunun 22 yaşlı hücumçusu Ramil Şeydayev "Voljskaya Kommuna"ya müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

 - Azərbaycan millisinə dəvət alırsan. Bu komandanın perspektivi var?

- Əlbəttə, Azərbaycanda futbol yavaş-yavaş inkişaf edir. İrəli gedir, ancaq bunu düzgün istiqamətə çevirmək lazımdır. Hər kəs gözəl bilir ki, uşaq futbolundan başlamaq lazımdır. Struktur inkişaf etməlidir. Düşünürəm ki, tezliklə Azərbaycanda güclü futbolçular olacaq. Bəli, indiki komanda yaxşı çıxış edə bilər. Hər şey inanmdan asılıdır. Hamı üçün nümunə milli komanda var - İslandiya. Dünya və Avropa çempionatına qədər irəlilədilər. Özlərini dünyaya göstərə bildilər.

- AÇ-2020-nin seçmə mərhələsində şanslarınızı necə qiymətləndirirsən?

- Gerçəkdən Xorvatiya və Uelslə qarşılaşmaq istəyirdim. Bunlar böyük komandalardır. Bu millilərlə nə edəcəyimizi görmək maraqlıdır.

- Deyəsən, Azərbaycan millisinin hücum xəttində amansız rəqabət var. Çünki sən son oyunlarda meydanda olmamısan.

- Bütün komandalarda rəqabət var. Bu, normal haldır. Biz çalışırıq, hər an hər şey dəyişə bilər. Klubda necə oynayacağımızdan çox şey asılıdır. Millinin məşqçiləri hazır futbolçuya ehtiyac duyur.

- Vətəndaşlığını dəyişib Azərbaycanı seçməyə səni nə vadar etdi? İndi də Rusiya Premyer Liqasında legioner statusu daşıyırsan.

- Mən bunu başa düşürdüm. Ancaq Premyer Liqada oynamaq üçün mübarizə aparmalısan, istəyirsən legioner, ya da yerli futbolçu.

- Yaxşı, səmimi ol, ürəyində özünü rus, yoxsa azərbaycanlı hiss edirsən?

- Atam və babam azərbaycanlıdır, mən də onlar kimi. Əslində, mən yarı rusam. Ancaq durum ataya görə verilir. Babam tərəf deyəsən, yarı rusdur. Mən Rusiya azərbaycanlısıyam. Mən həmişə belə düşünürdüm. Hətta Azərbaycan millisində çıxış etməmişdən əvvəl də belə düşünmüşəm. Azərbaycan dilində mükəmməl olmasa da, bilirəm.