Əzizə Mustafazadə konsertə hazırlaşır

ezize-mustafazade-konserte-hazirlasir
Oxunma sayı: 1266

“Qafqazinfo” Ə.Mustafazadənin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 16-da Rumıniyada PLAI Festival-da, sentyabrın 28 və noyabrın 23-də isə Almaniyanın Kunsthalle Şveynfurt və Feklingen Konqress-center mərkəzlərində çıxışlar baş tutacaq.

Qeyd edək ki, 1990-cı ildən Almaniyada yaşayan məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə alman tənqidçiləri tərəfindən “Royal arxasında Şəhrizad” adını alıb. Beynəlxalq müsabiqə və festivallar laureatı Ə.Mustafazadənin yaradıcılığı klassika, caz və Azərbaycanın xalq motivlərinin qarışığını təşkil edir.

Aynur Babayeva