Facebookun bağlanması xəbəri yayıldı

facebookun-baglanmasi-xeberi-yayildi
Oxunma sayı: 644

Milli.Az xəbər portalının məlumatına görə, bu iddia ilə weeklyworldnews.com saytı çıxış edib. Saytın iddiasına görə, sosial şəbəkənin sahibi və rəhbəri Mark Sukerberq mətbuat konfransı keçirərək artıq Facebook-un nəzarətdən çıxdığını, artıq onu idarə edə bilmədiyini söyləyib.

"Buna son qoymaq qərarına gəldim", - deyə Sukerberk bildirib.

Guya Sukerberq 2012-ci il martın 15-də şəbəkənin fəaliyyətini dayandıracağını bildirib. O, istifadəçiləri istədikləri halda həmin vaxtadək səhifələrindəki şəkillərini yığışdırmağa çağırıb: "Sonra bu, mümkün olmayacaq".

Qeyd edək ki, xəbər Facebook tərəfindən rəsmi təsdiqini tapmayıb. Məlumatı yaymış sayt isə daim qeyri-ciddi xəbərlər yayması ilə tanınır.