Fazil Mustafa “Topaz”dan danışdı -“Qumarın əleyhinə olsam da...”

fazil-mustafa-topazdan-danisdi-qumarin-eleyhine-olsam-da
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, bu barədə millət vəkili özünün facebook səhifəsində yazıb. O bildirib ki, qumarın bütün variantlarının əleyhinə olsa da, bu prosesin Qanunla tənzimlənməsini doğru hesab edir:

“Dünən Milli Məclisdə “TOPAZ”la bağlı müzakirələr oldu. Vaxt qısa olduğundan məsələyə epizodik olaraq toxundum. Əslində İdman qumarı dünyanın hər yerində böyük gəlir gətirən biznesə çevrilib. Azərbaycanda da uzun illərdir bu gizli şəkildə mövcud idi və yığılan vəsaitdən Dövlət Büdcəsinə heç nə daxil olmurdu. Hökumət bunu leqallaşdırmağı təklif etdi və Milli Məclis də qanunvericilik yolu ilə tənzimlədi. Əks halda bu pullar başqa ölkələrin bazarlarına yönələcəkdi. Artıq bu vəsaitlərin əhəmiyyətli hissəsi Dövlət Büdcəsinə və İdman təşkilatlarına gəlib çatır.

Mən qumarın bütün variantlarının əleyhinə olsam da, bu prosesin Qanunla tənzimlənməsini doğru hesab edirəm. Bu yerləri bağlamaqla yenidən hər şeyin qara bazara dönməsinə şərait yaradıla bilər. Sadəcə burada proqnozlarda iştirak edənlər üçün 18 yaşdan yuxarı yaş məhduddiyyətinin olması normaldır. Bəzi məsuliyyətsuiz insanlar bu prosesde ailəsinin son qəpiyinə qədər uduzaraq müflisləşirlər, acınacaqlı duruma düşürlər. Bu kateqoriyadan olan insanların da belə fəaliyyətlərdən çəkindirilməsi üçün təbliğat işləri gücləndirilməlidir”.