Fırtına 4 ölkədə ölümə səbəb oldu - Yarışlar təxirə salındı

firtina-4-olkede-olume-sebeb-oldu
Oxunma sayı: 1046

Almaniya, Avstriya, Polşa və Çexiyada şiddətli fırtına insanların ölümünə səbəb olub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Çexiyada küləyin sürəti saatda 180 kilometrə çatıb.

Polşanın bir çox bölgəsində 100 mindən çox ev elektriksiz qalıb. Avstriyada isə xizək idman növü üzrə dünya çempionatının açılış mərasimi ləğv edilib.

Almaniyanın Hamburq şəhərində fırtına su daşqınlarına səbəb olub, bir nəfər seldə boğulub. Bremen, Hamburq, Drezden və Leyptsiq şəhərlərində qatar səfərləri dayandırılıb. Drezdendeki futbol qarşılaşmaları da fırtına səbəbindən təxirə salınıb.

4 ölkədə şiddətli fırtına ümumilikdə 5 nəfərin ölümünə səbəb olub.