Fransa Krımda Rusiya prezident seçkilərinin keçirilməsini tanımır

fransa-krimda-rusiya-prezident-seckilerinin-kecirilmesini-tanimir
Oxunma sayı: 1647

Fransa Krım ərazisində Rusiyada prezident seçkilərinin keçirilməsi tanımaq niyyətində deyil.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Krım Muxtar Respublikasının habelə Sevastopolun Rusiyaya qanunsuz olaraq ilhaq edilməsindən 4 il ötür. Fransa Krımın suverenliyinin tam bərpasını və ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir. Fransa Krımda Rusiya prezident seçkilərinin keçirilməsini tanımır”,-deyə bəyanatda deyilir.

Qeyd edək ki, Krımın Rusiyaya ilhaq edilməsi 2014-cü ilin martın 18-də keçirilən referendum sonrası baş tutub.