Funikulyor qırıldı, 400 nəfər dağ başında qaldı

funikulyor-qirildi-400-nefer-dag-basinda-qaldi
Oxunma sayı: 2039

İsveçrədə funikulyorun sınması nəticəsində dağlarda qalan 400-dək sərnişin vertolyotlarla evakuasiya olunublar.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, filmlərdən məşhur olan Piz Gloria dağını görmək üçün funikulyora minən turistlər dəniz səviyyəsindən 3,048 metr yüksəklikdə köməksiz vəziyyətdə qalıblar.

Onların xilası üçün 4 vertolyot cəlb olunub. Xilas edilənlər Mürren kurortuna çatdırılıblar. Xəsarət alan yoxdur.