Gələn ay ölkədə güclü isti olacaq

gelen-ay-olkede-guclu-isti-olacaq
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, yağıntıların ay ərzində Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlükdə tez-tez şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın (norma 2-3 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.