“Gənc Heydərçilər” yay istirahət düşərgəsi təşkil edilib - Foto

genc-heyderciler-yay-istirahet-dusergesi-teskil-edilib
Oxunma sayı: 2192

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Müdafiə Nazirliyi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Qarabağ müharibəsi veteranları həmçinin, aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrin uşaqları, əlillərin övladları, təhsildə və idmanda fərqlənən şagirdlərin iştirakı ilə Qusar rayonunda “N” saylı hərbi hissədə “Gənc Heydərçilər” yay istirahət düşərgəsi təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, 15 iyulda Zabitlər parkında “Gənc Heydərçilər” yay istirahət düşərgəsində istirahət edəcək məktəblilərin düşərgəyə yola salınma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Heydər Əliyev bütün fəaliyyəti boyu müdrik və uzaqgörən siyasəti, nadir liderlik keffiyyətləri, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Ümummilli Lider səviyyəsinə yüksəlmiş qüdrətli tarixi şəxsiyyət olub.
 
Müdafiə Nazirliyinin İdarə rəisi general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, ölkədə uşaqların layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaradıb.
 
Məktəbli yeniyetmələr Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra avtobuslarla Qusar rayonuna yola düşüblər.