Göyçayda daha bir dövlət binası yandı

goycayda-daha-bir-dovlet-binasi-yandi
Oxunma sayı: 641

Bu barədə “Azadlıq” qəzetinin bölgə müxbiri məlumat verib. Məlumatda deyilir ki, Maliyyə İdarəsi 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını ala biliblər.

Qeyd edək ki, bu son bir neçə gündə rayon ərazisində baş verən üçüncü oxşar hadisədur. Bundan əvvəl rayon icra hakimiyyətinin başçısının otağı yanmışdı. Ötən gün isə rayon ərazisindən keçən magistral qaz kəmərində müəmmalı partlayış və yanğın baş vermişdi.

Əməkdaşımız bildiri ki, axırıncı hadisədən sonra rayon sakinləri arasında bütün bu baş verənlərin bir-birilə əlaqədar olması haqda şaiyələr yayılıb.

Xatırladaq ki, Göyçayın icra başçısı Mənsur Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur və bir neçə gün qabaq onun Rusiyada döyüldüyü haqda xəbərlər yayıldı.