GUAM: azad ticarət zonası yaradılır

guam-azad-ticaret-zonasi-yaradilir
Oxunma sayı: 646

Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova arasında bu ildən azad ticarət zonasından yaradıla bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Kiyevdə Demokratiya və iqtisadi inkişaf uğrunda GUAM təşkilatı ölkələrinin baş nazirlərinin görüşündə protokollar imzalanıb.

Ukraynanın baş naziri Vladimir Groisman bu görüşü "mühüm" və təşkilat tarixində "yeni səhifə" adlandırıb.

“Biz GUAM çərçivəsində azad ticarət zonasının tətbiqini sürətləndiririk, nəqliyyat logistika üçün hansı imkanların olduğunu təhlil edirik”, Ukrayna hökumətinin saytında bildirilib.

Baş nazirlər sammit çərçivəsində iki sənəd - azad ticarət zonası yaradılması üzrə Müqavilə tərəflərin hərəkətlərini əlaqələndirən işçi orqanının yaradılması və fəaliyyət qaydasının təsdiq edilməsi barədə protokol və GUAM üzvlərinin gömrük administrasiyaları arasında protokol imzalayıblar.

Qeyd edək ki, GUAM regional təşkilatı 1997-ci ildə üzv ölkələr tərəfindən yaradılıb.