“Gülənin Türkiyəyə verilməsi çox çəkməyəcək” - Ekspert

gulenin-turkiyeye-verilmesi-cox-cekmeyecek
Oxunma sayı: 1742

“FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası yaxın gələcəkdə gerçəkləşə bilər”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Kafkassam” strateji tədqiqatlar mərkəzinin Ankaradakı direktoru Həsən Oqtay bildirib:

“Gülənin Türkiyəyə ekstradisiyasını çox gözləmək lazım gəlməyəcək. Bunu Türkiyənin Suriyadakı hadisələrdə fəal iştirakı və ABŞ-ın İrana sanksiyaları məsələsində mövqeyi zəruri edir. Şübhəsiz, ABŞ bunun üçün Türkiyə ilə sövdələşmə edəcək. Bu sövdələşmənin Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksinin alması ilə əlaqəsi olub-olmayacağını demək çətindir. Ancaq göründüyü kimi, ABŞ ilk növbədə Türkiyənin İrana olan mövqeyi ilə bağlı güzəştə gedəcək”.