“Gündəmə gəlmək üçün meymunluq edirlər”

gundeme-gelmek-ucun-meymunluq-edirler
Oxunma sayı: 988

“Müvəqqəti olaraq sənətə fasilə verdim. Yenidən start götürmüşəm. Sel gələndə çör-çöp qalmır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov “Show News” proqramına danışarkən qeyd edib. O, verilişdə hazırda gündəmi zəbt edən bayağı ifaçılardan danışıb. 

“Gündəmə gəlmək üçün meymunluq edirlər. Bir insanın qabında nəsə varsa, ortalığa çıxacaq. Sənəti sevən insan sənətdə olacaq. Hər səs-küy yaradana ulduz demək olmaz. Onlar populyarlıq üçün yaşayan insanlardır. Mənim şou-biznesi dəyişmək fikrim yoxdur. Hər kəs bu ölkəıdə yaşayır. Mən kiməm ki, nəyisə dəyişim? İnsanların özü dəyişməlidir.  Sadəcə olaraq aparıcılara demək istəyirəm ki, boşluqları lazımsız insanlarla doldurmasılar”- deyə Ramal bildirib.