Hadisə 3 milyon qazanacaq

hadise-3-milyon-qazanacaq
Oxunma sayı: 1476



“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə həmkarı, “Athena” qrupunun solisti Gökhan Özoğuzla Türkiyədə silsilə konsert proqramları ilə çıxış edəcək. Cütlük 22 şəhərdə verəcəkləri konsertlər üçün içki firmasıyla da müqavilə bağlayıb. Hadisə 3 milyon, Gökhan Özoğuz isə 1,5 milyon lirə qazanacağı konsert turu sentyabrın 24-ə kimi davam edəcək. 
Qeyd edək ki, Hadisənin Gəncədə verdiyi konsert müqabilində 300 min lirə qonorar aldığı haqda xəbərlər yayılmışdı.