“Həmişə fərqli olmağa çalışmışam”

hemise-ferqli-olmaga-calismisam
Oxunma sayı: 661



Sənətçi “Qafqazinfo”ya açıqlamasında qeyri-adi şou ilə çıxış edəcəyini bildirib:

“Sentyabrın 21-i “Yaşıl” teatrda “Unut” adlı konsert proqramı ilə çıxış edəcəm, konsertə hazırlaşıram. Hər bir müğənninin fərqli çıxışı, repertuarı, səhnəsi  var. Mənim konsertim də fərqli ifa və şou ilə fərqlənəcək. İki gözəl geyim hazırlamışıq, necəliyini açıqlamayacam, sürpriz olsun. Həmişə çalışmışam işlərim, mahnılarım, geyimlərim fərqli olsun. Ümid edirəm ki, hər kəs bəyənəcək”.

Müğənni yeni klipindən də söhbət açıb:

“Bu yaxınlarda “Unut” adlı mahnım və klipim işıq üzü gördü, sevildi. Klipi yaxın dostum rejissor Samirə Xasməmmədova ekranlaşdırıb. Klipdə sujet xətti yoxdur, bu dəqiqə dünyanın heç bir yerində sujet xəttinə fikir vermirlər. Mahnıya uyğun gözəl görüntü alındı, çox bəyəndim. “İnstagram” çox məşhur və yeganə istifadə etdiyim sosial şəbəkədir. Klipdə də mən şəkillərimi çəkib ora yerləşdirirəm, bu sosial şəbəkə mənim üçün çox maraqlıdır. İstədim klipdə təbiilik olsun”.