“Heydər Əliyev və Azərbaycan mədəniyyəti”

heyder-eliyev-ve-azerbaycan-medeniyyeti
Oxunma sayı: 1396

“Qafqazinfo”nun məlumatına görə, görüşdə şair Nəcəf Qəşəmzadə və Balayar Sadiq iştirak edib. Onlar Bakı Slavyan, Bakı Dövlət, Azərbaycan Dövlət Pedaqoji, Mədəniyyət və İncəsənət, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Turizm İnstitutu, Milli Konservatoriyanın tələbələrinə Azərbaycan ədəbiyyatı və mədəniyyətində baş verən son proseslər barədə məlumat veriblər. Şairlər həmçinin gənclərə Heydər Əliyevin Azərbaycan mədəniyyətin və ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar. Görüş gəncləri maraqlandıran suallar ətrafında diskussiya ilə başa çatıb. Qeyd edək ki, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Nərgiz Ehlamqızı