İlham Əliyev maldivli həmkarını təbrik etdi

ilham-eliyev-maldivli-hemkarini-tebrik-etdi
Oxunma sayı: 3554

Prezident İlham Əliyev Maldiv Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və tərəqqi arzulayıram”.