İlham Əliyev NATO-nun baş katibi ilə görüşəcək

ilham-eliyev-nato-nun-bas-katibi-ile-gorusecek
Oxunma sayı: 635

“Qafqazinfo”nun “Regnum” saytına istinadən verdiyi xəbərə görə, Alyans fevralın 15-də baş tutacaq görüşdə Azərbaycan nümayəndə heyətinə prezident İlham Əliyevin rəhbərlik edəcəyini qeyd edib.

Səfər çərçivəsində NATO baş katibi Anders Foq Rasmussenlə də görüş planlaşdırılıb. İlham Əliyev Şimali Atlantika Alyansı Şurasında çıxış edəcək. Görüşün nəticəsi olaraq birgə mətbuat konfransı keçiriləcək.

Sayt onu da qeyd edir ki, Azərbaycan prezidentinin Brüsselə səfəri getdikcə pisləşən Azərbaycan-İran əlaqələrinə həsr olunub.

Səidə