İlk “Dünya gözəli” Bakıda - Fotolar

ilk-dunya-gozeli-bakida
Oxunma sayı: 4566

1989-cu ildə Moskvada keçirilən gözəllik müsabiqəsində “Dünya gözəli” seçilən model Məltəm Hakararı Bakıya gəlib. 

“Qafqazinfo” xəbər verir ki, o, aprelin 13-də Azərbaycana gəlib və ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişində qonaq olub.  

Qeyd edək ki, Məltəm Hakarar 1988-ci ildə 18 yaşında “Türkiyə Gözəli” seçilib. 1989-ci ildə o, Moskvada ilk dəfə Kosmos mehmanxanasında keçirilən dünya gözəllik müsabiqəsində birincilik qazanaraq 30 min dəyərində göy yaqut və başqa 357 ədəd qiymətli daşlarla bəzədilmiş, ümumi çəkisi isə 3.262 karat olan taca layiq görülüb.

Lakin o, tacı vətəninə aparmaq üçün ölkədən xüsusi icazə istəməyə məcbur olub. Yeri gəlmişkən, toy günü Məltəm məhz bu tacı taxıb.