İnstaqrama yeniliklər gəldi - Fotolar

instaqrama-yenilikler-geldi
Oxunma sayı: 1282

İnstaqramın son yenilənməsində şərhlərə və onlara aid cavablara foto ilə video əlavə etmək funksiyası gəlib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bir neçə gün öncə İnstagram şərhlər bölməsinin təsvirini dəyişmişdi.

Yenilənmiş şərh bölməsi çox rahat şəkildə reallaşdırılıb. Bundan sonra kimsə sizin şərhinizə cavab versə, həmin cavab bildiriş siyahısına deyil, ismarıclar bölməsinə bərkidilir. Bundan başqa, şərhlərə cavab olaraq foto və video da əlavə etmək imkanı var.

Həmçinin, istifadəçilər bundan sonra “Direct”də hər hansısa bir ismarıcı digər insanlara göndərə bilərlər.:

“Bundan sonra sizin cavabınız avtomatik olaraq təsvirləri özündə birləşdirəcək. Sadəcə olaraq cavablandırmaq düyməsinə klik edərək kameraya daxil olun və selfie çəkərək onu ismarışınıza birləşdirin”, – deyə İnstagramın rəsmi blogunda qeyd olunub.

Daha bir yenilik isə ondan ibarətdir ki, istifadəçilər bundan sonra öz fotolarını müxtəlif təsvirlərlə birləşdirə, onlara effektlər əlavə edə biləcəklər. İnstagrama gələn bu yeniliklər həm Android, həmdə iOS sistemləri üçün aktivdir.