“iOS 12” ilə dəyişən və təkmilləşən 5 funksiya - Fotolar

ios-12-ile-deyisen-ve-tekmillesen-5-funksiya
Oxunma sayı: 1761

Xəbər verdiyimiz kimi, “iOS 12” “Public Beta” olaraq hərkəs üçün yayımlanıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu versiyanın ən əsas xüsusiyyəti “iOS 11”dəki problemləri aradan qaldırmaq və stabilliyi təmin etməkdir.

“iOS 12” ilə birlikdə gələn 5 funksiyanı təqdim edirik:

1. Yeni və təkmilləşdirilmiş AR dəstəyi gələcək.

Bu funksiya ilə kamera vasitəsilə ətrafdakı cisimləri ölçə biləcəksiniz. Kamera cismi skan etdikdən sonra 3D format da cisim ekrana yansıdılacaq və ölçüləri göstəriləcək. “ArKit 2.0” olaraq adlanacaq bu proqram dəstəyi ilə gerçəklik texnologiyası “Apple” cihazları tərəfindən daha yaxşı mənimsəniləcək.

2. Bildirişlər artıq ayrı-ayrı göstərilməyəcək. “Android”də olduğu kimi cəmlənəcək.   

“iOS”un ən mənfi cəhətlərindən biri proqramlardan gələn bildirişlərin tək-tək göstərilməsi idi. Bu, onları oxumağı bir xeyli qarışıq və çətin bir hala gətirirdi. İndi isə artıq eyni proqram və ya eyni şəxslərdən gələn bildirimlər tək-tək yox, cəm şəklində toplanacaq. Ekranı sağa-sola sürüşdürərək hər birinə baxa biləcəksiniz.

3. Batareya analizi: Hansı proqramın nə qədər batareya işlətdiyinə baxmaq mümkün olacaq.

“iOS” sistemində batareyaya çox müdaxilə etmək olmurdu. 12-ci versiya ilə işlər görünür ki, yavaş-yavaş dəyişir. Artıq hansı proqramın daha çox batareya istifadə etdiyinə baxmaq mümkün olacaq. Həmçinin ekranın nə qədər müddət sönülü olduğunu və açıq olduğunu da görmək mümkün olacaq.

4. “CarPlay” dəstəkli maşınlarda artıq “Apple Maps” məcburiyyəti aradan qalxır. “Google” Maps istifadəsi mümkün olacaq.   

Başqa xəritə proqramlarına da icazə verilib verilməyəcəyi bəlli deyil, lakin “Google Maps” olması bir çox istifadəçiyə mükəmməl alternativdir.

5. “Apple Photos” artıq daha çox kateqoriyaya malik olacaq. Qalereyadan şəkilləri tapmaq asanlaşacaq.

“Photos” proqramı “iOS” tərəfindən çox istifadə edilməsinə baxmayaraq, çox sadə interfeysə malikdir. Hətta kateqoriyalar belə yox dərəcəsindədir. “iOS 12” ilə birliktə kateqoriyalar funksiyası gələcək və çəkdiyiniz şəkilləri tarixə, zamana, çəkilmə məkanına və s. kimi kateqoriyalara ayırmaq mümkün olacaq. Bu sayədə köhnə şəkilləri qalereyadan tapmaq daha asan bir hal alacaq.