İranda təyyarə yandı, 100 sərnişin xilas edildi - Video + Yenilənib

iranda-teyyare-yandi-100-sernisin-xilas-edildi
Oxunma sayı: 3704

İranın paytaxtında yerləşən Mehrabad aeroportunda təyyarədə yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində hələ də 50 sərnişinin olduğu bildirilir. 

***

“Fars” agentliyinin məlumatına görə, təxminən 50 sərnişin evakuasiya edilib, daha 50-si isə göyərtədə kömək gözləyir. Hadisə yerinə qəza-xilasetmə xidməti cəlb edilib.

***

Yanğın təyyarə eniş edən zaman yaşanıb. Belə ki, "IranAir" şirkətinə məxsus təyyarənin mühərriklərindən biri alışmağa başlayıb. Bütün sərnişinlər evakuasiya ediliblər. Yaralıların olub-olmaması ilə bağlı məlumat yoxdur. Yanğının baş vermə səbəbi araşdırılır. 

İnternetdə yanan təyyarənin görüntüləri yayılıb.

***

Yanğın söndürülüb. Təyyarədə olan 100 sərnişin isə təxliyyə edilib.

Xəsarət alan yoxdur.