İŞİD kilsəyə hücum etdi, keşiş və camaatı girov götürdü

isid-kilseye-hucum-etdi-kesis-ve-camaati-girov-goturdu
Oxunma sayı: 647

Filippində İŞİD qüvvələri kilsəyə hücum ediblər.

“Qafqazinfo” xəbər verir ki, Mindanao adasında silahlı şəxslər keşiş və kilsə camaatını girov götürüb və onları öldürməklə təhdid edir. 

Qeyd edək ki, prezident Duterte hökumət qüvvələri ilə İŞİD-ə bağlı Əbu Sayyaf təşkilatı arasında silahlı toqquşmadan sonra Mindanao adasında hərbi vəziyyət elan edib və Rusiya səfərini yarımçıq qoyaraq ölkəsinə dönməli olub. Hökumət qüvvələri təşkilatın liderini ələ keçirməyə çalışırlar. 

Kilsəyə hücum edən İŞİD-çilər isə hökumət qüvvələrinin geri çəkilməyəcəyi halda girovları öldürəcəklərini bildirirlər.