“İşləyənlərin sosial sığortalanmaya cəlb olunması”

isleyenlerin-sosial-sigortalanmaya-celb-olunmasi-
Oxunma sayı: 652

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Almaniya Pensiya Sığortası Təşkilatının (DRV) birgə təşkil etdiyi seminarda işləyənlərin və fərdi sahibkarların sosial sığortaya cəlb olunması, sosial sığorta dərəcələri, sığortaolunanların kameral yoxlama prosedurları kimi məsələlər müzakirə ediləcək. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, müzakirələr zamanı Almaniya Pensiya Sığortası Təşkilatının nümayəndəsi mövzu ilə bağlı xüsusi təqdimatla çıxış edəcək, ölkəsinin bu istiqamətdə təcrübəsini nəzərə çatdıracaq.
Almaniya Pensiya Sığortası Təşkilatının nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunda bir sıra ikitərəfli görüşlər də keçirəcək. Nümayəndə heyətinin ölkəmizə üçgünlük səfəri avqustun 23-də başa çatacaq.

Nigar Məmmədli