Jurnalistlərin 3-cü binası nə vaxt hazır olacaq?

jurnalistlerin-3-cu-binasi-ne-vaxt-hazir-olacaq
Oxunma sayı: 2629

2017-ci ildə jurnalistlər üçün təməli qoyulan 3-cü binanın tikintisi davam etdirilir.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli deyib.

O qeyd edib ki, sayca 3-cü olan binanın artıq 3-cü mərtəbəsi inşa olunur: "16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq. Bina 2020-ci ilin iyul ayında jurnalistlərin istifadəsinə veriləcək".