Klinton: “Bəşər Əsəd hökuməti qoruya bilməyəcək”

klinton-beser-esed-hokumeti-qoruya-bilmeyecek
Oxunma sayı: 657

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Klinton təşkil etdiyi mətbuat konfransında bildirib ki, Bəşər Əsəd lazımı heç bir islahat keçirməyib. O, qeyd edib ki, gündən-günə Suriya hökumətinin vəziyyəti daha da ağırlaşır və Suriya xalqının islahat tələbləri getdikcə güclənir.

Suriya prezidentinin siyasi əfv fərmanını imzalaması isə müxalifətçiləri razı salmayıb. Əsədin bu addımı atmaqda gecikdiyini söyləyən Müsəlman Qardaşların liderlərindən Molham Əl-Drobi bildirib ki, Əsəd bu gün söylədiyini üç ay əvvəl desəydi, hər şey tamam fərqli olardı. O, imzalanan fərmanın onlar üçün əhəmiyyətli olmadığını və Əsədin özünün əfvə ehtiyacı olduğunu qeyd edib.

Nərgiz Ehlamqızı