“...Köməkçisindən xəbər yolladı” - Günel Tatlısəsdən inciyib

komekcisinden-xeber-yolladi
Oxunma sayı: 3447

Günel Zeynalova bacısı Müşərrəf Zeynalovanın İstanbulun Nişantaşı ərazisindəki gözəllik salonunun açılış mərasimində iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, Türkiyədə “Azəri qızı Günel” olaraq ulduzu parlayan müğənni  mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Zeynalova İbrahim Tatlısəsdən incidiyini söyləyib:

“İbrahim bəy atam kimidir. Amma ona çox qırılmışam. Ondan bir mahnı istədim, vermədi. Amma əvvəlcə təklifimə “hə” demişdi. Bir müddət sonra köməkçisindən xəbər yolladı, oxumağıma icazə vermədi. Mən də oxudum. Hətta Yıldız Tilbedən mahnı istədim. Məndən heç bir qəpik də pul istəmədi, bəstələrindən birini verdi”.