Köpün müalicəsi üçün - Xüsusi reseptlər

kopun-mualicesi-ucun
Oxunma sayı: 143219

Meteorizm - mədə-bağırsaq problemi olub, bağırsaqlarda şişkinlik, qarında köp yaranmasıdır.

“Qafqazinfo” Medicina.az-a istinadən köpə qarşı 5 effektiv resepti təqdim edir.

Simptomları:

-Qarında ağrı, şişmə

-Hıçqırıq, gəyirmə

-Qaz

-Tutma şəkilli sansılar

-Mədə və qarında gurultu

-Qəbizlik və ya diareya

Köpə həkimlər ayrıca xəstəlik kimi baxmır, elə insanlar da adi hal kimi qəbul edir. Amma köp çox ciddi xəstəliklərin siqnalı da ola bilər.

Məsələn, mədəaltı vəz xəstəliyində meteorizm olur. Bədəndə intoksikasiya olduqda köp olur. Hətta mədə-bağırsaq şişlərində də köp yaranır. Amma nə olursa olsun, köpün səbəbi həzm prosesinin pozulmadır ki, nəticədə qaz kütləsinin normal həcmi pozulur. Mikroorqanizmlərin çoxalması nəticəsində sutkada 3 litr qaz hasil olunur ki, bu da köp verir.

Köp yaradan qidalar da vardır:

- Qazlı içkilər

- Paxlalılar

- Alma, banan, armud

- Süd məhsulları

- Rafinə edilmiş şəkər

- Qoyun əti

- Çaylar

- Kvas

- Tərəvəzlərdən kartof, qarğıdalı, kök, kələm və s

İşdə ayaqüstü, yol üstü qaçaraq yeyənlərdə də köp çox olur.

Xüsusi reseptlər:

Nəzərə alın ki, bu metodlar o halda kömək edir ki, sizdə ciddi xəstəlik olmasın, köp qidadan yaransın.

1. Şüyüd toxumu dəmləməsi

1 xörək qaşığı şüyüd toxumunu yarım litr qaynar suda dəmləyin. 3 saat saxlayın, sonra süzün. Gündə 3 dəfə yeməkdən öncə 100 ml qəbul edin.

2. Cəfəri kökü

Narın edilmiş 1 çay qaşığı cəfəri kökünü 1 stəkan ilıq suda 20 dəqiqə saxlayın. Sonra odun üzərində qızdırın. Qaynatmayın. Süzüb, hər 2 saatdan bir bir iki qurtum için. Gün ərzində bunu bitirin.

3. Nanə, fenxel, valerian

Hərəsindən 1 xörək qaşığı götürüb, qarışdırın. Hər dəfə bundan çay dəmləyib, için.

4. Zəncəfil

Hər yeməkdən sonra təzə zəncəfildən bir az kəsib, saqqız kimi çeynəyin və ya çayını için.

5. Çobanyastığı dəmləməsi

1 stəkan isti suda aptek çobanyastığı 1 xörək qaşığı dəmləyib için.

6. Təzə kartof şirəsi

Səhər və axşam yarım stəkan təzə çəkilmiş çiy kartof şirəsi için. Kurs 1 həftədir. Sonra 1 ay fasilə.