Kral ailəsi şahzadəni taxtından etmək üçün hərəkətə keçdi

kral-ailesi-sahzadeni-taxtindan-etmek-ucun-herekete-kecdi
Oxunma sayı: 2826

Səudiyyə Ərəbistanının kral ailəsinin üzvləri şahzadə Məhəmməd bin Salman əl Saudun varis olmasına etiraz ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Reuters üç mənbəsinə istinadən məlumat yayıb. Buna səbəb şahzadənin adının jurnalist Camal Kaşıkçının qətlində hallanmasıdır. 

Məlumata görə, onlarla şahzadə və Salmanın əmisi oğlanları vəliəhd şahzadənin taxta çıxmasına mane olmağa hazırlaşır. Lakin atası, 82 yaşlı Salman bin Əbdüləziz əl Saud sağ olduğu müddətcə bunu reallaşdırmaq mümkün olmayacaq. 

Mənbələrdən birinin sözlərinə görə, kral ailəsi kralın yeganə qardaşı, şahzadə Əhmədə dəstək olmaq niyyətindədir. ABŞ-ın yüksək vəzifəli məmurları da vəliəhd kimi onun namizədliyi leyhinə çıxış ediblər. 

Mənbə bildirib ki, vəliəhd şahzadəyə qarşı bu münasibət təkcə jurnalistin qətli ilə bağlı deyil, bura Məhəmməd Salmanın Rusiyadan silah alması da daxildir. 

Qeyd edək ki, Avropanın əksər monarx ölkələrində olduğu kimi, Səudiyyə Ərəbistanında taxt atadan böyük oğula keçmir. Varisi kral və ailənin yaşlı üzvləri seçirlər.