Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 775

Avqustun 10-u saat 20 radələrində Bakıxanov küçəsi 30-da yerləşən mağazadan orada işləyən Rauf Rəhimzadəyə məxsus mobil telefonu oğurladığı üçün Bakı şəhər sakini Elnur Əhmədov avqustun 11-də Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

***

Avqustun 7-si saat 20 radələrində S.Qocayev küçəsində yerləşən ticarət mərkəzindən Hüseyn Məmmədovun 15 manat pulunu və danışmaq adı ilə mobil telefonunu alaraq qaytarmamaqla dələduzluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Vəzirov avqustun 11-də Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulmuş, ondan 0,190 qram heroin aşkar olunaraq götürülmüşdür.

***

Avqustun 10-u saat 01:50 radələrində R.Rüstəmov küçəsi 32-nin qarşısında Bakı şəhər sakini Zaur Zeynalov qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən İlham Allahverdiyev avqustun 11-də Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

***

Avqustun 5-də B.Səfəroğlu küçəsi 87-nin qarşısında Bakı şəhər sakini Ceyhun Manafova bıçaqla hədə-qorxu gəlib mobil telefonunu almış Vüqar Məmmədov avqustun 11-də Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

***

Avqustun 11-i saat 00:10 radələrində Qızıldaş qəsəbəsi ərazisində Bərdə rayon sakini Yaşar Həsənov idarə etdiyi «Kamaz» markalı yük maşınını aşıraraq hadisə yerində ölmüşdür.