Kürdlərin lideri İraq hökumətini hədələdi

kurdlerin-lideri-iraq-hokumetini-hedeledi
Oxunma sayı: 645

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Şimali İraq Kürd Administrasiyasının (ŞİKA) lideri Məsud Bərzani İraq hökumətinin səlahiyyət bölgüsünə getməyəcəyi təqdirdə bu ilin sentyabrında müstəqillik məsələsini referenduma çıxara biləcəyini deyib.

“Assoşiayted-Press” informasiya agentliyinə müsahibə verən Bərzani İraqın Baş naziri Nuri əl-Malikinin ŞİKA ilə səlahiyyət bölgüsü məsələsində razılığa gəlməli olduğunu bildirib. ŞİKA lideri İraqın olduqca təhlükəli siyasi böhran yaşadığını bildirərək, səlahiyyət bölgüsü xüsusunda Maliki hökumətinə sentyabr ayında administrasiyada keçiriləcək regional seçkilərə qədər möhlət verdiklərini vurğulayıb.

Habelə o, İraq hökuməti ilə sözügedən tarixədək hər hansı razılaşma əldə olunmayacağı təqdirdə kürdlərin Bağdadın nəzarətindəki diktator rejimin tabeçiliyində qalıb-qalmayacağını müəyyən etmək üçün referendum keçirə biləcəklərini qeyd edib.

Bərzani müsahibəsində İraq sünnilərinin də ölkə daxilində öz muxtari vilayətlərini yaratmaq təşəbbüslərini səmimi şəkildə dəstəklədiyini bildirib.