“Liverpul”un ulduzunun evi qarət olundu

liverpulun-ulduzunun-evi-qaret-olundu
Oxunma sayı: 721

İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Manenin evi yenidən qarət olunub. 

“Qafqazinfo” xəbər verir ki, insident Almaniya çempionu "Bavariya" ilə Çempionlar Liqasının ilk 1/8 final matçı zamanı baş verib. Naməlum şəxslərdən ibarət qrup seneqallı hücumçunun Allertondakı mənzilinə soxulublar. Onlar mobil telefonlar, qol saatları və avtomobillərin açarlarını aparıblar. Qarət yerli vaxtla saat 18:00 - 23:45 aralığında olub. Hazırda polis oğruları axtarır. Mümkün şahidlər ifadə verməyə çağırılıb. 

Qeyd edək ki, Sadio Manenin mənzilinə 1 noyabr 2017-ci ildə də oğru girib. Həmin vaxt o, Sloveniya "Maribor"u ilə Çempionlar Liqasının qrup mərhələsinin ev oyununda iştirak edirmiş. Həmin gecə oğrular "Liverpul"un müdafiəçisi Deyan Lovrenin də malikanəsinə soxulublar.