Lotereya qanunsuz çıxdı

lotereya-qanunsuz-cixdi
Oxunma sayı: 649

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirləri davam etdirilir. QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində “GAZELLI INTERNATIONAL” MMC tərəfindən stimullaşdırıcı lotereyanın qanunsuz təşkili aşkar edilib və keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilib.
QKDK “GAZELLI INTERNATIONAL” MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Nigar Məmmədli