Məhkəmə zalında həbs edildi

mehkeme-zalinda-hebs-edildi
Oxunma sayı: 881

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1973-cü il təvəllüdlü Elçin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə E.Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib. E.Abdullayev istintaq dövründə azadlıqda olub.

Qeyd edək ki, E,Abdullayev biznes qurmaq adı ilə bir neçə şəxsdən 30 min dollar alıb qaytarmamaqda ittiham edilir.

Murad Əhməd