Məmmədyarov nazir müşaviri ilə görüşdü

memmedyarov-nazir-musaviri-ile-gorusdu
Oxunma sayı: 641

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı Azərbaycan – Türkiyə münasibətləri, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılıb, eyni zamanda, regionda həyata keçirilən enerji layihələri müzakirə edilib.

Nazir Elmar Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumuna dair məlumat verib.

Həmçinin görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Səidə